“Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943” kitabı “ nəşr olunub

“Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943” kitabı “ nəşr olunub

Hazırda oxunan: “Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943” kitabı “ nəşr olunub

72776
Aydın Balayevin"Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943” kitabı "Pergament” Yayın Evi tərəfindən nəşr olunmuşdur. Kitab son illərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanıb, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmiş sənədlər əsasında milli dövlətçiliyimizin banisi Məmməd Əmin Rəsulzadənin 1922-1943-cü illərdə mühacirətdəki fəaliyyətinin tədqiqinə həsr olunub.

 

 

Əsərdə M.Ə.Rəsulzadənin həmin dönəmdə Azərbaycan və Qafqaz mühacirəti daxilində gedən proseslərdə iştirakı, onun mühacirətin birliyinə nail olunması istiqamətindəki fəaliyyəti, eləcə də sovet rejiminə qarşı barışmaz və davamlı mücadiləsinin müxtəlif məqamları yeni faktlar əsasında araşdırılaraq, ilk dəfə olaraq Azərbaycan dilində oxuculara təqdim olunur.

 

 

Görkəmli diplomat, Cümhuriyyət və mühacirət tariximizinin tanınmış tədqiqatçısıRamiz Abutalıbovuntəşəbbüsü və Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin Federal Şurasının üzvüŞaiq Məmmədovundəstəyilə nəşr olunan kitabın elmi redaktoru Fransa Sosial Elmlər Ali Məktəbinin əməkdaşı, tarix elmləri doktoruGiorgi Mamulia, rəyçisi isə Egey Universitetinin professorYavuz Akpınardır.

“Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943” kitabı “ nəşr olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO