“Tələbələrə qarşı əxlaqsız təkliflər həmişə olub” - Psixoloqdan SENSASİYALI AÇIQLAMA

“Tələbələrə qarşı əxlaqsız təkliflər həmişə olub” - Psixoloqdan SENSASİYALI AÇIQLAMA

Hazırda oxunan: “Tələbələrə qarşı əxlaqsız təkliflər həmişə olub” - Psixoloqdan SENSASİYALI AÇIQLAMA

72762

“Əslində müəllimlərin tələbələrə qarşı əxlaqsız təkliflər etməsi universitet vaxtında həmişə olub, var və olacaq da”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı son günlər qadın və qızlara qarşı edilən qısnamalara münasibət olaraq bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Universitet müəllimi tələbələrə əxlaqsız təklif edib? – DİN-dən AÇIQLAMA


Onun sözlərinə görə, cəmiyyətdə bu halların artmaması üçün addımlar atılmalıdır:

“Qadınlar üzərində hazırda çox böyük qısnamalar var. Hazırda bu problemlərin artmasında səbəb mentalitetimizə cılız mövzuları qatmağımızdır. Amma bu halın dərəcəsi nə qədərdir, bu gün sözügedən hadisənin cəmiyyətdə nə qədər yayılması məsələsi çox önəmlidir və yenə də hər şey gəlib sistem üzərinə çıxır.

Mən dəfələrlə bunu qeyd etmişəm ki, istər müəllim, istərsə də qeyri-peşədən olan şəxslər işəqəbul prosesində psixoloji testlərdən keçirilməlidir. Onlar haqqında psixoloq rəyi olmalıdır. İnsanların aqressiya şkalasını, sosial adaptasiyasını ölçmək üçün testlərdən keçirmək lazımdır”, - deyə qeyd edən F.Mehmanqızı bu yolla xoşagəlməz halların qarşısının alına biləcəyini diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO