II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ÖDƏNİLDİ

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ÖDƏNİLDİ

Hazırda oxunan: II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ÖDƏNİLDİ

72744

Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibədə iştirak etmiş şəxslərin - 81 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəyib. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib. 

Qeyd olunub ki, sərəncamla nazirlik həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına, ümumən 4233 nəfərin hər birinə də 750 manat məbləğində birdəfəlik maddi yardımın ödənişini həyata keçirib.

Sərəncam çərçivəsində ümumilikdə 4314 nəfər Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına birdəfəlik maddi yardımla təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO