Gənc yazar və qalmaqallı çıxışları ilə tez-tez gündəmi dəyişən Kəramət Böyükçöllə bağlı yeni iddialar ortaya çıxıb. Söyləntilərə görə Kəramət Böyükçölün əsərlərini əslində atası, yazıçı Qəşəm Nəcəfzadə yazır və ədəbi aləmdə onu məhz atasının istedadına görə tanıyırlar.
Sözügedən iddialarla bağlı gənc yazar Bizim.Media-ya açıqlamasında bunları deyib:
“Atam şairdir, yazardır da... Belə bir sözün deyilməsi təbiidir. Azərbaycanda atası şair, yazar olan adamların haqqında da belə fikirlər deyilib. Anar, Elçin, Vaqif Səmədoğlu... Bu cür fikirlər məni narahat etmir. Əvvəllər də belə iddialarla məndən müsahibə alanlar olub. Cavab verməyə ərinmişəm, eləcə demişəm ki, hə, mənim romanlarımı atam yazır”, - deyə Kəramət Böyükçöl qeyd edib.
Qeyd edək ki, Kəramət Böyükçöl dəfələrlə müsahibələrində özünü Bəxtiyar Vahabzadədən min dəfə üstün yazar hesab edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:53 / 04.05.2022
Kəramət Böyükçöldən maraqlı AÇIQLAMA - “Mənim romanlarımı atam yazır”
Hazırda oxunan: Kəramət Böyükçöldən maraqlı AÇIQLAMA - “Mənim romanlarımı atam yazır”
Hazırda oxunan: Kəramət Böyükçöldən maraqlı AÇIQLAMA - “Mənim romanlarımı atam yazır”
72702
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.