Valyutanın rüsumsuz çıxarılmasına görə limit dəyişməyəcək

Valyutanın rüsumsuz çıxarılmasına görə limit dəyişməyəcək

Hazırda oxunan: Valyutanın rüsumsuz çıxarılmasına görə limit dəyişməyəcək

726
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan rüsumsuz çıxarılan valyutanın həcmində dəyişikliklər etməyi planlaşdırmır.
Sfera.az Trend-ə istinadən bildirir ki, bunu DGK-nın sədri Aydın Əliyev 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş mətbuat konfransında deyib.
Qanunvericiliyə uyğun olaraq, hər bir fiziki şəxs Azərbaycandan gömrük rüsumunu ödəmədən 10 min dollaradək nağd vəsait çıxara bilər.
A.Əliyev şəxsi istifadə üçün malların rüsumsuz idxalı üzrə limit məsələsinə toxunaraq qeyd edib ki, bu limit də yenidən nəzərdən keçirilməyəcək.
Hazırda fiziki şəxs gömrük rüsumunu ödəmədən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmamış ümumi dəyəri 1,5 min dollaradək olan məhsulları ölkəyə gətirə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO