QMİ sədri Avropa Şurasının sədr müavini ilə görüşdü

QMİ sədri Avropa Şurasının sədr müavini ilə görüşdü

Hazırda oxunan: QMİ sədri Avropa Şurasının sədr müavini ilə görüşdü

72472

Fransada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Strasburq şəhərində Avropa Şurasının sədr müavini cənab Byorn Berqlə görüşüb.

Qafqaz Müsəlmanları İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, İslam dünyasının yeganə təmsilçisi qismində Avropa Şurasının «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak və məruzə etmiş Şeyxülislam A.Paşazadəni səmimi salamlayan B.Berq Ramazan bayramı münasibətilə Azərbaycanı təbrik edib.

QMİ sədri sülhyaratma istiqamətində dini liderlərin görüşlərində davamlı iştirakının ən mühüm nəticəsi kimi Qafqazda münaqişənin heç bir vəchlə dini qarşıdurma müstəvisinə keçməməsini vurğulayaraq, bu istiqamətdə səyləri olduqca yüksək qiymətləndirib.

Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində Zəfər qazanmasından sonra azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma, dini-mənəvi irsin dirçəldilməsi yönündə aparılan işlər kontekstində Şeyxülislam A.Paşazadə bir sıra mühüm məqamları AŞ Baş katibi müavininin diqqətinə çatdırıb. 

Şeyxülislam bildirib ki, Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş əraziləri ilk dəfə ziyarət edərkən milli-mənəvi-dini irsimizə qarşı işğalçılar tərəfindən törədilmiş cinayətlərin miqyasını - mədəni irsə qarşı soyqırımın dəhşətlərini görüblər.
Törətdikləri vandalizm aktlarını danan erməni tərəfinin dünya ictimaiyyətinə guya onların dini məbədlərinin dağıdılması ilə bağlı müraciətlər edərək saxta məlumatlar yaymasını yolverilməz hesab edən QMİ sədri A.Paşazadə Avropa Şurası rəsmilərini azad edilmiş torpaqlarımıza səfərə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO