Bəzi ölkələrdə 10 gün, bəzilərində 3 gün – Əslində Ramazan bayramı neçə gün olmalıdır? – İlahiyyatçıdan CAVAB

Bəzi ölkələrdə 10 gün, bəzilərində 3 gün – Əslində Ramazan bayramı neçə gün olmalıdır? – İlahiyyatçıdan CAVAB

Hazırda oxunan: Bəzi ölkələrdə 10 gün, bəzilərində 3 gün – Əslində Ramazan bayramı neçə gün olmalıdır? – İlahiyyatçıdan CAVAB

72406

İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan Bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram 3 gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan Bayramı cəmi 2 gün keçirilir. 

Belə olduqda, ortaya maraqlı sual çıxır, əslində Razaman Bayramı neçə gün qeyd edilməlidir? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Elşad Miri bildirdi ki, Məhəmməd Peyğəmbərin zamanında ənənə olaraq Ramazan Bayramı 3 gün ərzində davam edirdi: 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bayram namazı və Ramazan bayramlaşması - FOTOREPORTAJ


“Bir ölkə bayramı 10 gün, digəri bir ay edir. Burada nəsə problem axtarmağa ehtiyac yoxdur. İsanın anadan olması məsələsində provaslavlarla katoliklər arasında fikir ayrılığı var. Biri bu günü dekabrın sonlarında, digəri isə yanvarın əvvəlində edir. Buna nə deyək ki, təki bayram etsinlər. Qanuni baxımdam İslamda elə bir şey yoxdur. Sadəcə, bu bir ənənə, adətdir.

Məhəmməd Peyğəmbərin dövründə Ramazan bayramını 3 gün, Qurban bayramını isə 4 gün ərzində qeyd edirdilər.

Bu mənada bayramı neçə gün qeyd etmələrinin elə də ciddi mənası yoxdur. Neçə gün istəyirlər, qoy qeyd etsinlər. Təki insanlar həyata hər gün belə pozitiv baxsınlar. Bayramın bir gözəl sözü var: “Deyir sevindiyin qədər yox, sevindirdiyin qədər bayram bayramdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO