Azərbaycandakı hərbi attaşelər hərbi hissəni ziyarət etdilər - FOTO

Azərbaycandakı hərbi attaşelər hərbi hissəni ziyarət etdilər - FOTO

Hazırda oxunan: Azərbaycandakı hərbi attaşelər hərbi hissəni ziyarət etdilər - FOTO

72322

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində hərbi attaşelik aparatının nümayəndələri əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Qonaqlar kompleksdə fəaliyyət göstərən muzeyin ekspozisiyasında soyqırıma həsr olunmuş stendlərlə tanış olublar. Onlara ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib.

Daha sonra hərbi attaşelər hərbi hissəni ziyarət ediblər. Nümayəndə heyətinə hərbi hissənin fəaliyyəti haqqında brifinq təqdim olunub. Onlar burada şəxsi heyət üçün yaradılan şərait və silahlanmada olan döyüş texnikası ilə tanış olublar.

Hərbi attaşelik aparatının nümayəndələri ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO