Bu il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncamın icrası artıq dekabrın 28-də tam təmin edilib.
Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Sərəncama əsasən, nazirlik 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan 42425 ailənin hər birinə 100 manat məbləğində birdəfəlik yardımın ödənişini həyata keçirib. Birdəfəlik yardım aztəminatlı ailələrin bank hesablarına köçürülüb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə birdəfəlik yardım ödənilməsi üçün Sərəncam imzalanması dövlət başçısı tərəfindən bu kateqoriyadan olan ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına daha bir qayğısıdır.