Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti pisləşib.
Bizim.Media xəbər verir ki, bu haqda rejissor Mahir Hüseynbəyli məlumat yayıb.
O bildirib ki, Rəmiş bir müddətdir xəstə yatır:
"İmkanı olan ağdamlılar, ağdamlı Xalq artistləri, iş adamları, vəzifəli şəxslər, 60 ildir Rəmişi əlində bayraq edib onun ağdamlı olmağı ilə fəxr edən kəslər, gedib oraları gəzəndə bir onu da yada salın. Vəziyyəti yaxşı deyil. Aparın Ağdamı görsün, ayıbdır". (axşam.az)
Bizim.Media