Onlara

Onlara "Sənətkar" medalı verdilər - FOTO

Hazırda oxunan: Onlara "Sənətkar" medalı verdilər - FOTO

72189
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorları - əməkdar artisti Rəhman Rəhmanov və aktrisa Tamilla Bünyatova "Sənətkar" medalı ilə təltif olunublar. Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, medal 10 Mart ”“ Milli Teatr günü münasibətilə təqdim edilib. "Sənətkar" medalı Teatr Xadimləri İttifaqı tərəfindən təsis olunub. 

Rəhman Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. Televiziyanın yumor verilişlərindən tamaşaçılara yaxşı tanış olan aktyor 1974-cü ildən həyatını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Əməkdar artisti fəxri adına layiq görülmüşdür, Prezident mükafatçısıdır.




“Sənətkar”x9d medallı aktrisa Tamilla Faiq qızı Bunyatova isə 8 fevral 1950-ci ildə Bakı şəhərində doğulub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində təhsil alıb. 1976-cı ildən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışan aktrisa bir sıra Beynəlxalq Teatr festivallarında iştirak etmiş və xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Teatrda qoyulan tamaşalarda əksər baş rolların ifaçısı olan T. Bünyatova bundan əvvəl "Ən yaxşı qadın rolu"na görə də mükafata layiq görülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO