Salyanda 14 yaşlı oğlan itkin düşdü- FOTO

Salyanda 14 yaşlı oğlan itkin düşdü- FOTO

Hazırda oxunan: Salyanda 14 yaşlı oğlan itkin düşdü- FOTO

72173

Salyan rayon sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media verilən məlumata görə, Salyan rayonu Kürsəngi kənd sakini X.Məmmədova cari ilin mart ayının 8-də Rayon Polis Şöbəsinə müraciət edərək, 7 mart tarixində oğlu, 2008-ci il təvəllüdlü H.Hacıyevin yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

H.Hacıyevin əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, sarışın və qısa saçlı.

Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 055-390-87-87 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO