Rüfət Hacıyevdən yeni təyinatından sonra ilk açıqlama

Rüfət Hacıyevdən yeni təyinatından sonra ilk açıqlama

Hazırda oxunan: Rüfət Hacıyevdən yeni təyinatından sonra ilk açıqlama

72171

Ötən gün təhsil naziri Emin Əmrullayevin əmri ilə Rüfət Hacıyev Quba-Xaçmaz regional təhsil idarəsinə rəis təyin edilib.

Rüfət Hacıyev yeni təyinatından sonra ilk açıqlamanı Bizim.Media-ya verib.

O, açıqlamasında qarşıda duran vəzifələri haqqında məlumat verib:

“5 il müddətinə görüləcək işlətin strateji yol xəritəsi hazırlanacaq.Təhsilin inkişafı üçün müəyyən hədəflərimiz var. Bunlar şagirdlərin olimpiadalarda göstərdiyi nəticələrin yüksəldilməsi, beynəlxalq qiymətləndirmədə şagirdlərin iştirakı, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Həmçinin məktəblərdə pul yığılması, rüşvət hallarına yol verilməməsi üçün valideynlərlə müəllimlər arasında normal işgüzar münasibətin yaradılması əsas məqsədlərimizdən biridir”,- deyə qeyd edən R.Hacıyev bu  kimi neqativ hallara qarşı mübarizə aparılacağını və təhsilin inkişafına töhfə veriləcəyini diqqətə çatdırıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO