Aprelin 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bizim.Media-ya bildirilib ki, Komitənin sədri Səfər Mehdiyev qəbuldan öncə Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Xaçmaz və Şabran rayonları sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:18 / 30.04.2022
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşdü - FOTO
Hazırda oxunan: Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşdü - FOTO
Hazırda oxunan: Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşdü - FOTO
72130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.