Vilayət Eyvazov bu rayonda əməliyyat müşavirəsi keçirdi - FOTO

Vilayət Eyvazov bu rayonda əməliyyat müşavirəsi keçirdi - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov bu rayonda əməliyyat müşavirəsi keçirdi - FOTO

72126

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 28-də və 29-da Göyçay Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Bizim.Media xəbər verir ki, daxili işlər naziri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Daha sonra Rayon Polis Şöbəsinin inzibati binasında Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının 84 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.

Qəbuldan sonra daxili işlər naziri, general-polkovnik V.Eyvazov Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə dair konkret tapşırıqlarını verib.

Daha sonra general-polkovnik V.Eyvazov Göyçay Rayon Polis Şöbəsində bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Tədbirdə ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.

Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 143 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 44-ü Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO