Avtobus sürücüsü sükan arxasında öldü

Avtobus sürücüsü sükan arxasında öldü

Hazırda oxunan: Avtobus sürücüsü sükan arxasında öldü

72114

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb. Sonradan onun sükan arxasında öldüyü məlum olub. 
Sürücünün ürək tutmasından vəfat etdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO