Bu gün Azərbaycan əsgərləri Ermənistanla sərhəd olan Şurnuxu kəndinə daxil olubar.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Şurnuxun muxtarı Hakob Arşaktyan feysbuk hesabında canlı bağlantıda söyləyib:
MÖVZU İLƏ BAĞLI:
Şurnuxu kəndinin sakinləri yolu bağladı – VİDEO
“Şurnuxda Azərbaycan bayraqları gözümüzü deşir” - İCMA RƏHBƏRİ
"Hər şey bitdi. Azərbaycanlılar kəndə girdilər, bir yazı düzəltdilər və 5 yanvara qədər vaxt verdilər",-deyə o qeyd edib.
Arşaktyan sərhədi təyin edərkən Sovet Baş Qərargahının 1942-ci il xəritələrinin əsas götürüldüyünü də vurğulayıb:
"Bu xəritələrdən məndə də var və orada sərhəd kəndi aşır",-deyə o söyləyib.
Qeyd edək ki, daha əvvəl Arşakyan “Sputnik Armenia”ya Şurnux kəndinin bir hissəsinin Azərbaycana veriləcəyi və sakinlərinin 24 saat ərzində oranı tərk etməli olacaqlarını söyləmişdi.
O, Rusiya tərəfinin vasitəçiliyi ilə 12 "mübahisəli" evin sakinlərinin ən az 2-3 yanvar tarixinə qədər Şurnuxda qalacaqlarını əlavə etmişdi.
Bizim.Media