Gəncə şəhərində bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəsəbədəki evlərin birində usta işləyən 1957-ci il təvəllüdlü Tahir Xəlilovu damda ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
Qeyd edək ki, 65 yaşlı kişinin meyti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma başlayıb.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:54 / 29.04.2022
Gəncədə ustanı elektrik cərəyanı vurdu
Hazırda oxunan: Gəncədə ustanı elektrik cərəyanı vurdu
Hazırda oxunan: Gəncədə ustanı elektrik cərəyanı vurdu
72102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.