Qubanın Vladimirovka kəndində şəhidlər parkının açılışı olub.
Bizim.Media xəbər verir ki, kənd camaatının, şəhid ailələrinin, rayonun iş adamlarının və yerli icra hakimiyyətinin birgə dəstəyilə ərsəyə gələn parkın açılış mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, millət vəkili Vahid Əhmədov, yerli YAP sədri, şəhid ailələri, qazilər və məktəblilər, sakinlər iştirak edib.
Quba İH başçısı Ziyəddin Əliyev yerlərdə belə parkların istifadə edilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.
Rayon rəhbəri çıxışında bir daha şəhidlərin xatirəsinin əbədləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. Millət vəkili Vahid Əhmədov parkın inşasında əməyi olan hər kəsə təşəkkürünü bildirərək bu sahədə dövlətin gördüyü işləri xüsusi dəyərləndirib.
Şəhid anası Tünzalə Abduhəlimova, rayon ağsaqqallar şurasının sədri İldırım Məmmədov çıxışlarında Qubada şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Bildirilib ki, Vladimirovka şəhidlər parkında 21-i bu nümayəndəliyin olmaqla 100-ə yaxın şəhidin, Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimovun, Albert Aqarunovun və Mübariz İbrahimovun portretləri həkk edilərək xatirələri əbədiləşdirilib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:47 / 29.04.2022
Qubada şəhidlər parkının açılışı oldu - FOTO
Hazırda oxunan: Qubada şəhidlər parkının açılışı oldu - FOTO
Hazırda oxunan: Qubada şəhidlər parkının açılışı oldu - FOTO
72073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.