Xarici İT mütəxəssislərini ölkəmizə cəlb etmək üçün YENİ PLAN – Hansı güzəştlər olacaq?

Xarici İT mütəxəssislərini ölkəmizə cəlb etmək üçün YENİ PLAN – Hansı güzəştlər olacaq?

Hazırda oxunan: Xarici İT mütəxəssislərini ölkəmizə cəlb etmək üçün YENİ PLAN – Hansı güzəştlər olacaq?

72059

“Azərbaycanda İT sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin bəhrələnə biləcəkləri müvafiq qanunvericilik hazırlanır”.

Bu fikirlər rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən səsləndirilib. Nazirin sözlərinə görə, hazırda sənəd Nazirlər Kabineti və müvafiq nazirlər səviyyəsində müzakirədədir:

"Hesab edirik ki, həmin sənədin qəbul edilməsi - mövcud qanunvericiliyə düzəlişlər formasında və ya ayrı bir qanun formasında bu sənədlərin müzakirə edilməsi, ölkədə kiçik və orta sahibkarlığın, xüsusilə də informasiya texnologiyaları sahəsində sahibkarlığın inkişafı üçün böyük bir təkanverici qüvvə olacaq".

Təbii ki, ölkəmizdə İT sahəsinin yüksək inkişaf etdiyini söyləmək doğru olmazdı. Təəssüflər olsun ki, bu sektorda Azərbaycan bir sıra qonşularımızdan da geri qalır. Eyni zamanda İT mütəxəssislərin, xüsusilə Rusiya və Ukraynadan ciddi beyin köçü müşahidə olunmaqdadır. 

Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüzün sözlərinə görə, yaxın dövrlərdə Rusiya, Ukrayna və Belarusdan təxminən 1 milyondan artıq İT mütəxəxssisinin miqrasiyası gözlənilir: 

“Müharibə şəraitindən dolayı ekspertlər qonşu ölkələrə üz tuturlar. Xüsusilə də, Avropa və Amerika onlar üçün bağlı olduğuna görə, eyni zamanda biznes nöqteyi-nəzərindən və bank köçürmələrinə qadağalar səbəbindən mütəxəssislər Orta Asiya, Cənubi Asiya və Qafqaz regionlarına üz tutmaq onlar üçün daha məqbuldur”.

Bəs, onların ölkəmizə üz tutmasına və Azərbaycanda bu sahənin inkişafına imkan yaratmaq üçün hansı yeniliklərə ehtiyac var?

Əksər mütəxəssislərin ortaq qənaəti bu yöndədir ki, qanunvericilikdə müəyyən dəyişikliklər və bir sıra güzəştlərlə ölkəmizdə İT sektorunun inkişafında irəliləyişə nail olmaq mümkündür. 

Osman Gündüz sözügedən istiqamətdə atılmalı olan addımları da sadalayıb:

“İlk növbədə, hökumət tərəfindən münbit şərait yaradılmalıdır. Qanunvericilik buna uyğunlaşdırılmalı, kvotalar və onlar üçün güzəştli vergilər, güzəştli qeydiyyat müəyyən olunmalıdır. İlk növbədə hüquqi mühitlə bağlı məsələlər dərhal yoluna qoyulmalıdır, daha sonra isə artıq kvotaya əsasən onlara müraciətlər oluna bilər ki, müəyyən sayda mütəxəssisin ölkəmizdə fəaliyyət göstərməsi mümkündür.
 

Bundan əlavə onların şirkətlərə qəbulu və ya özlərinin şirkətlər qurmasına da şərait yaradıla bilər”.


Xatırladaq ki, İT sahəsində əlverişli mühitin yaradılmasının vacibliyi məsələsi bu ilin martında Bizim.Media tərəfindən gündəmə gətirilib.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO