Həbsdə olan partiya sədrinin şikayəti təmin edilmədi 

Həbsdə olan partiya sədrinin şikayəti təmin edilmədi 

Hazırda oxunan: Həbsdə olan partiya sədrinin şikayəti təmin edilmədi 

72049

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində Yasamal Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. 

Məhkəmə şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Qeyd edəki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər. 

İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılıb. 
Təqsirləndirilən şəxs barəsində iki şikayətlə bağlı ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib. 

Apellyasiya şikayəti həmin qərardan verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO