Körpələrə evdə cavab verməkdən yorulmuşuq. Pələngi görmək istəyən, şiri görmək istəyən o qədər uşaq var ki...
Amma bu zoopark dediyimiz heyvanat bağçası açılmır ki, açılmır. Dedik ən azı, Bakı Zooparkının direktoru Azər Hüseynov uşaqların sualına cavab verə bilər.
Direktorsa Bizim.Media-ya açıqlamasında bildirdi ki, mütəxəssis yoxdur, adam tapmırıq. Akvarium-terrarium şöbəsində görüləcək işlər ləngiyir. Burada ilanlar, balıqlar saxlanılır. Bu qurğunu qurmaq üçün biz xaricdən – Moskvadan, İrandan mütəxəssislər dəvət edirdik. Qoruyucu tellərin qurulması işləri də hələ qalıb. Pandemiya səbəbindən sərhədlərin bağlı qalması bizim işimizi ləngidir”.
Amma Bakı Zooparkının fasad hissələrində iş başa çatmaq üzrədir. Artıq tikintidən mühafizə divarları sökülüb, çölün rənglənməsi işləri aparılır.