Göyçay rayon sakini, II qrup əlil Fətalıyev Məzahir Mikayıl oğlu Moderator.az vasitəsi ilə ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb. Müraciətində məhkəmə qərarının icra edilməməsindən şikayətlənən M.Fətalıyev, ədliyyə nazirindən qanuni haqlarının təmin edilməsində ona yardımçı olmağı xahiş edib:
"Göyçay
rayon İcra Qrupu işlərinin öhdəsindən gələ bilmirlər ki, nəticədə də
süründürməçiliyə, qanunsuzluğa məruz qalmışam. Belə ki, Göyçay Rayon Məhkəməsinin
03 noyabr 2014-cü il tarixli qətnaməsi icraya yönəldilsə də, qəsdən icra
edilmir. Bu qanunsuzluqdan başqa, həm də cinayət əməlidir. Dəfələrlə Göyçay
Rayon İcra Qrupuna getmişəm, ərizələrlə müraciətlər etmişəm , ancaq heç bir
qanunu tədbir görülmür. Mənə pul borcunun alınıb verilməsi barədə çıxarılmış məhkəmə
qətnaməsində adı keçən cavabdeh hazırda Bakı şəhərində yaşayır və yaşadəğı yer
məlumdur. Ancaq İcra Qrupu belə əsassız bahanə gətirir ki, guya cavabdeh
axtarışa verilib, zəruri tədbirlər görülür.Hamısı ağ yalandır.Göyçay Rayon İcra
Qrupu hansısa maraqlarına görə Göyçay Rayon Məhkəməsinin 03 noyabr 2014-cü
il tarixli qətnaməsini icra etmir, mənə yalandan, başdansovdu cavab verir. 2-ci
qrup əliləm, ayağım qanqrena edib, yol yeriyə bilmirəm, çox əziyyət çəkirəm.Məhkəmənin
qətnaməsi ilə mənə alınıb verilməli olan borc pulu müalicəmə xərcləyəcəm ki.
bunu da İcra Qrupu təmin etmir. Göyçay Rayon Regianal Ədliyyə Şöbəsinə bu
barədə şikayət ərizəsi ilə müraciət etsəm də, başdansovdu cavab verməklə heç
bir tədbir görmək istəmirlər. Öyrənmişəm ki, Göyçay Rayon İcra Qrupunun
qanunsuz fəaliyyətindən əziyət çəkənlər çoxdur. Çoxlu sayda məhkəmə qərarları
var ki, indiyədək icra olunmayıb. Mən mətbuat vasitəsi ilə ədliyyə naziri cənab
Fikrət Məmmədova müraciət edib xahiş edirəm; cənab nazir, Göyçay Rayon
İcra Qrupunun qanunsuz fəaliyyətini obyektiv araşdırıb onların barəsində
qanunu tədbir görəsiniz".
P.S.Mövzu
ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.































































































