“Qızlar və oğlanlar hamısı bir yerdə oxumalıdır.Tribunadan belə bir təklif səsləndirmək doğru deyil”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Fazil Mustafanın Qızlar məktəbi açılması ilə bağlı təklifinə münasibət bildirən ictimai xadim, həkim Rəşid Mahmudov səsləndirib.
Rəşid Mahmudov bildirib ki, indi Qızlar məktəbinin açılmasının nə effekti ola bilər?
“Bu təklifə o zaman “hə” deyərdim ki, qızlarımız oxumasınlar və onların təhsil alması üçün belə məktəblərin açılması vacib olsun”.
MÖVZU İLƏ BAĞLI:
Rəşid Mahmudov canlı efirdə özündən çıxdı: “Sənin kimi arvadı saxlamazlar” - VİDEO
“Belə çıxır, biz yenidən əsrin əvvələrinə qayıdacağıq.”-deyən Rəşid Mahmudov əlavə edib ki, 1901-ci ildə Tağıyev ona görə qız məktəbi açdı ki, o zaman qızları oğlanlarla birlikdə oxumağa qoymurdular:
“İndi kim qızını oğlanlarla oxumağa qoymur? İndiki dövr üçün bu cür fikirlərə düşmək doğru yanaşma deyil. Qızları nə səbəblə təcrid edərək ayrıca qız məktəbləri açmalıyıq? Qoy, deputatlar tribunadan xalqın xeyrinə olan bir şey səsləndirsinlər, gülməli şeylər danışırlar. Deputatın qız məktəbi açmaq təklifi məni yaman güldürdü. Biz dünyəvi dövlətik, dünyada necə təhsil sistemi varsa bizdə də ona uyğun olmalıdır”.
Bizim.Media