Kimlərin QATİL xarakteri var? – Bürclərə görə SİYAHI

Kimlərin QATİL xarakteri var? – Bürclərə görə SİYAHI

Hazırda oxunan: Kimlərin QATİL xarakteri var? – Bürclərə görə SİYAHI

71921

Seriyalı qatillərin və psixopatik cinayətkarların doğum tarixləri ilə bağlı araşdırmalar hansı bürclərin cinayətə daha meyilli olduğunu ortaya çıxarıb.

Beləliklə, hansı bürclərin cinayətə daha çox meylli olması ilə bağlı statistik məlumatlar ortaya çıxıb.

Bizim.Media siyahını sizlərə təqdim edir:

12 – Əkizlər

Onun haqqında daim pis danışırlar, lakin rəsmi rəqəmlərə görə, ən təhlükəsiz bürc Əkizlərdir. Yəqin ki, kimisə öldürəcək və ya incitəcək qədər ciddi qəbul etmədikləri üçün əkizlər əllərinə ən az qana bulayacaq bürclərdən biridir. Yaxud qurbanlarını öldürmək əvəzinə acı sözləri və qeybətləri ilə incitməyə üstünlük verə bilərlər. 

11 – Dolça

İkinci ən məsum bürc dolçadır. Ədalətə böyük əhəmiyyət verdikləri üçün və ya eqolarının asanlıqla qırılmadığı üçün ola bilər. Səbəbi dəqiq bilinməsə də, dolça əkizlərdən sonra ən az şiddət göstərən bürcdür. Bəlkə də elə ağıllı olduqlarına görədir ki, qətl törədəndən sonra iz buraxmayacaq və yaxalanmayacaqlar.

10 – Şir 

Onların uğultularına baxmayın, onlar əslində pişik kimidirlər. Şir həm də ən az cinayətdə iştirak edən bürclərdən biridir. Aslan bürcündə doğulan qatillərin əksəriyyəti cinayət səbəbi kimi diqqət cəlb etmək üçün bu addımı atdıqlarını deyiblər.

9 – Tərəzi

Təbii ki, ədalətli, mehriban və səbirli olduqları bilinən Tərəzilərin qətldə Şir və Dolça bürclərini üstələməsi qəribədir! Nədir, səbrin də həddi var! Güman edirik ki, əlləri qana bulaşmışdılar, yəqin ki, kobud rəftarlara, xoş niyyətdən sui-istifadəyə dözə bilməyiblər.

8 – Qız 

Yarı psixopat və vasvası qatillər məhz qızlardır. Onu da qeyd etmək yerinə düşər ki, qızların oğurluq və dələduzluq halları adam öldürmədən daha yüksəkdir.

7 – Balıq 

Balıqların zərərsiz olduğunu düşünürsünüzsə, yanılırsınız. “Qatil Kloun” kimi tanınan Jon Veyn Qeysi, Riçard Ramirez, Ailen Vurnos kimi seriyalı qatillər məhz balıq bürcü altında doğulublar. Daha çox asılılıq yaradan personajları ilə qeyri-adi qətllər törədirlər. Onun nə qədər yaraşıqlı olduğunu nəzərə alsaq, onun siyahıda 7-ci ən təhlükəli bürc olması təəccüblüdür.

6 – Oğlaq 

Oğlaq bürcü altında doğulan seriyalı qatillərin sayı orta olsa da, ən çox insanı öldürən silsilə qatil oğlaq bürcündən gəlmir. Qanunlara və qaydalara hörmətləri ilə tanınsa da, tam əksi xüsusiyyətləri daşıyan oğlaqlar da kifayət qədərdir. Bu bürc az adam öldürür, amma bunu da “yaxşı” etməyi bacarır.

5 – Qoç 

Təbii ki, dəlisov kimi tanınan qoç bürcünün ilk beşlikdə olması təəccüb doğurmamalıdır. Onların qəzəbi qəfildir, lakin tez keçir. Bu səbəbdən ən təhlükəli bürc kimi 5-ci yerdədir. Qoç bürcündə əsəbiləşdirsinizsə, bir müddət onlardan uzaq durun. Çünki sonra nəyə əsəbiləşdiklərini unudurlar.

4 – Buğa 

Buğanın qəzəbi şiddətlidir, buna şübhə yoxdur. Onun törətdiyi cinayətlər qətldən çox fırıldaqçılıq kimi maliyyə məsələlərindədir. Dəbdəbəni və həzzi sevir, deyə cinayətlərini də buna uyğun törədirlər.

3 - Oxatan

Oxatan dağıdıcı qəzəbi ilə 3-cü yerin sahibidir. Onların törətdikləri qətllər, cinayətlər də kiçik və fərdi xarakter daşımır. Məsələn, Ted Bandi, Pablo Eskobar, Stalin məhz oxatan bürcüdür. Onlar böyük cinayətlər törədir, kütləvi şəkildə öldürür, özünü “lider” kimi görür.

2 – Əqrəb

Onların psixopatları kifayət qədərdir. Əqrəb ikinci ən təhlükəli bürcdür. Təəccüblənməyin, bir çox serial qatil noyabr ayında doğulduğu üçün əksəriyyəti oxatan, qalanları isə əqrəb bürcüdür. Onların adətən sadist qətllər törətdikləri qeyd edilir. 

1 – Xərçəng

Siyahımızda birinci olan, manyakların bayraqdarı, təəccüblü olsa da xərçəngdir. Onların adətən qısqanclıq zəminində qətl törətdikləri bildirilir. Dəyişkən əhvalları onları hər zaman potensial qatil edə bilər. Necə deyərlər, yavaş at çox təpikləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO