Ötən il sənədləri olmayan 1000-ə yaxın uşaq aşkarlanıb

Ötən il sənədləri olmayan 1000-ə yaxın uşaq aşkarlanıb

Hazırda oxunan: Ötən il sənədləri olmayan 1000-ə yaxın uşaq aşkarlanıb

71901

2021-ci ildə qeydiyyat şöbələrinin və onları bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 972 uşaq aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb. 

Sənəddə qeyd edilib ki, həmin uşaqlardan 937-si qeydə alınıb, digərlərinə doğum faktorunun müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmasında hüquqi yardım göstərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO