"Yeni Klinika"nın sabiq direktorunun cəzası azaldıldı

Hazırda oxunan: "Yeni Klinika"nın sabiq direktorunun cəzası azaldıldı

71893

"Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərləri barələrindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə araşdırması başa çatıb. 

Bizim.Media xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə araşdırılan cinayət işi üzrə qərar elan olunub. 

Məhkəmə birinci instansiya məhkəməsinin Pərviz Abbasov və digərləri barəsində verilmiş hökmünü ağır hesab edərək yeni qərar qəbul edib. 

Qərara əsasən təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq olunaraq Pərviz Abbasovun cəzası 5 il 6 aya ilə Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin isə 5 ilə endirilib. 

Xatırladaq ki, ittiham olunan şəxslər Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli biliniblər. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub.

Təqsirləndirilən digər şəxslər - “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası, “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO