Kürdəmirdə 2 avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Kürdəmirdə 2 avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Kürdəmirdə 2 avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

71855

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Garis Əyribənd kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 63 yaşlı Dilqəm Elbəyi oğlu Nadirov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman rayonun Ərəbqubalı kənd sakini, 56 yaşlı Əvəz Cəlil oğlu Səmidovun idarə etdiyi VAZ-2106 avtomobillə toqquşub. 
Nəticədə VAZ-ın sürücüsü və sərnişinlər, 59 yaşlı Zərifə Cəlil qızı Əliyeva və 52 yaşlı Yeganə Güləkbər qızı Səmidova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO