Gəncədə fəhlə damda partlayıcı tapdı - ƏLİNDƏ PARTLADI

Gəncədə fəhlə damda partlayıcı tapdı - ƏLİNDƏ PARTLADI

Hazırda oxunan: Gəncədə fəhlə damda partlayıcı tapdı - ƏLİNDƏ PARTLADI

71780

Gəncədə 20 yaşlı fəhlənin əlində partlayıcı qurğu partlayıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Tekstilni" adlanan ərazisində qeydə alınıb.

Həmin ərazidə çalışan 2002-ci il təvəllüdlü M.Cəfərli binanın damında partlayıcı qurğu tapıb. Onu işə salması nəticəsində partlayış olub. Nəticədə gənc xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi yardımından sonra onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, partlayıcı qurğunun qumbara başlığı olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO