Balakəndə qanunsuz küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
Polis əməkdaşları yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarını həmin şəxslərin diqqətinə çatdırıblar.
Gün ərzində keçirilən reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 10-a yaxın vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:06 / 27.04.2022
Polis piyada səkilərini zəbt edən alverçiləri cərimələdi - FOTO
Hazırda oxunan: Polis piyada səkilərini zəbt edən alverçiləri cərimələdi - FOTO
Hazırda oxunan: Polis piyada səkilərini zəbt edən alverçiləri cərimələdi - FOTO
71763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.