Azərbaycanda 3 dəfə ardıcıl qrip olan ana ölü uşaq dünyaya gətirdi

Azərbaycanda 3 dəfə ardıcıl qrip olan ana ölü uşaq dünyaya gətirdi

Hazırda oxunan: Azərbaycanda 3 dəfə ardıcıl qrip olan ana ölü uşaq dünyaya gətirdi

71738

Xəbər verdiyimiz kimi, Azərbaycanda doğuş zamanı uşaq ölüb. Hadisə Sumqayıt şəhərindəki 2 saylı doğum evində qeydə alınıb. Şəhər sakini 32 yaşlı Elnarə Qurbanovanın körpəsi doğuş zamanı ölüb. Sumqayıt Tibb Mərkəzi doğuş zamanı körpənin ölməsinə münasibət bildirib.

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, 32 yaşlı Qurbanova Elnurə Hacıbaba qızı aprelin 26-ı gecə saat 02:20-də Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Sumqayıt şəhər xəstəxanasının doğum şöbəsinə daxil olarkən ona 40 həftə hamiləlik, dölün bətndaxili ölümü diaqnozu qoyulub. 

Pasiyent sonuncu dəfə aprelin 16-da 6 nömrəli Ailə Sağlamlıq Mərkəzində həkim müayinəsində olub və o zaman dölün ürək döyüntüsünün olduğu müşahidə edilib.  

Lakin aprelin 26-da doğum şöbəsinə daxil olarkən dölün ürək döyüntüsünün olmaması (ölümü) haqqında E. Qurbanovanın yaxınlarına məlumat verilib.

Həmin gün doğuşa hazırlıq dövründə ultrasəs müayinəsində dölün bətndaxili ölümü təsdiq edilib. Dölün ölü olduğu ana E. Qurbanovaya da bildirilib.
Çəkisi 3400 qram, boyu 53 sm, kişi cinsindən olan ölü döllə doğuş baş verib.

Anada hamiləliyin 28-ci həftəsində koronavirusa yoluxma halı müşahidə edilib və doğuşa qədər E.Qurbanova 3 dəfə ağır qrip infeksiyasına yoluxub. Dölün ölü doğulmasına ananın infeksion xəstəliklər keçirməsinin səbəb olduğu ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO