Şuşada su anbarı tikiləcək

Şuşada su anbarı tikiləcək

Hazırda oxunan: Şuşada su anbarı tikiləcək

71707

Şuşanın su təchizatı ilə bağlı bütün fəsillər üçün qiymətləndirmə aparılıb. Məlum olub ki, şəhər Baş plana uyğun inkişaf edəcəyi təqdirdə Şuşada ilin iki dövründə - qış və yay aylarında su çatışmazlığı yarana bilər.

Bizim.Media xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

O bildirib ki, bununla bağlı İşçi Qrupu yaradılıb və artıq ilkin layihə hazırdır. Daşaltı kəndindən yuxarı hissədə su anbarı yaradılacaq.
Onun sahilində nasos stansiya tikiləcək və 2,6 kilometr təzyiqli magistral su xətti çəkiləcək.

“Sovet dövründə su fasiləli qrafiklə olub. Hazırda məqsədimiz su təchizatını 24 saat fasiləsiz rejimdə təmin etməkdir”, - deyə Anar Cəbrayıllı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO