Bir müddət əvvəl Kəlbəvərdə İctimai Televiziyanın çəkilişi zamanı 20 nəfəri mina partlayışından xilas edən Azərbaycan Milli Ordusunun 19 yaşlı əsgəri Mərdəli Aşurov qulluq etdiyi hərbi hissə tərəfindən 7 günlük məzuniyyətlə mükafatlandırılıb.
Bizim.Media xəbər verir ki, hazırda doğulduğu Qubanın Qımıl kəndində doğmaları ilə olan cəsur əsgərin qəfil gəlişi ailəyə həm sürpriz, həm də xoş olub.
Atası Fərhad kişi deyir ki ,"heç gözləmirdik, gecə bir də gördük ki, Mərdəli gəlib. Çox sevindik". 19 yaşlı əsgər Mərdəli Aşurov "Necə oldu ki, sən həmin yerdə mina gördün və hansı hissləri keçirdin?” sualına çox soyuqqanlı, həm də cəsarətli cavab verib:
"Mən əsgərlikdə minanın yerinin necə müəyyən edilməsini öyrənmişəm. Burda təəccüblü nə var ki? Mən sadəcə Vətən qarşısında öz borcumu yerinə yetirirəm. Heç bilməzdim ki, bunu qəhrəmanlıq hesab edərlər, mən əsgər kimi Vətənimə xidmət edirəm”.
Milliyyətcə ləzgi olan Mərdəli Aşurov hərbi xidmətdən sonra Silahlı Qüvvələrın sırasında xidmət etməyi düşünür.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:29 / 27.04.2022
20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...”
Hazırda oxunan: 20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...”
Hazırda oxunan: 20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...”
71699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.