Sumqayıtda gecə qadının evinə 4 nəfər bıçaqla daxil oldu və...

Sumqayıtda gecə qadının evinə 4 nəfər bıçaqla daxil oldu və...

Hazırda oxunan: Sumqayıtda gecə qadının evinə 4 nəfər bıçaqla daxil oldu və...

71664

Sumqayıtda qadının evinə silahlı basqın edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə aprelin 23-də saat 5 radələrində “BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gələn 4 nəfərin onu bıçaqla hədələyərək dolabdan içərisində 4900 manat olan pulqabısını talamaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Bəylərov və Turan Dadaşlı müəyyən edilərək saxlanılıblar.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO