Metro qatarları niyə tez-tez sıradan çıxır? – Metropolitendən RƏSMİ CAVAB

Metro qatarları niyə tez-tez sıradan çıxır? – Metropolitendən RƏSMİ CAVAB

Hazırda oxunan: Metro qatarları niyə tez-tez sıradan çıxır? – Metropolitendən RƏSMİ CAVAB

71648

Son zamanlar “Bakı Metropoliteni” qatarlarında nasazlıqlar yaranması ictimaiyyət tərəfindən narahatçılıqla qarşılanıb. 

Qatarların belə tez-tez sıradan çıxması nədən xəbər verir? Nasazlıqlar necə aradan qaldırılmalıdır, iş zamanı baş verən bu cür qəza hansı şəkildə dəf olunur? 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Bizim.Media-ya bildirib ki, son bir ay ərzində metropolitendə qatarlarla bağlı iki nazasızlıq hadisəsi oldub: 
 

MÖVZU İLƏ BAĞLI:

Metronun “Cəfər Cabbarlı” stansiyasındakı təmirlə bağlı AÇIQLAMA - FOTO 


“Bunlardan biri ötən şənbə günü, biri də ondan əvvəl qapısında nasazlığın olması ilə bağlı idi. Ay ərzində paylaşdığım digər xəbərlərdə isə nasazlıq halı müşahidə olunmayıb. Bu sadəcə olaraq birində qatardan spesifik qoxu gəlib – metropolitenin özünəməxsus qoxuları var, lakin bu qoxunun sərnişinlərə hər hansı neqativ təsirlərinin, psixoloji narahatlığın olmaması məqsədi ilə onların təxliyəsi həyata keçirilib. Həmin vaxt hər hansısa yubanma və sairə hallar müşahidə olunmayıb.

Qapılarla bağlı isə iki məsələni demək olar. Birincisi, qapı arasında kiçik əşya qalmışdı və maşinistin monitorunda – idarəetmə panelində bu dərhal xüsusi siqnalla əks olunmuşdu. Bunu, əslində, müsbət hal kimi də dəyərləndirmək olar, çünki qapı ilə bağlı hər hansısa bir hal baş verərsə, bunun monitorda əks olunması birbaşa sərnişin təhlükəsizliyinin təmin olunmasının etibarlılığını göstərir. Maşinist həmin kiçik əşyanı – qəpik boyda olan əşyanı götürüb və qatar yoluna davam edib. 
 

Başqa hadisə zamanı da qatar tuneldə olarkən maşinistin monitorunda qapılarda nasazlıqla bağlı işıq yanıb.


Maşinit belə olduqda gedib mütləq qapıya baxış keçirməlidir. Baxış keçirilib və heç bir problem olmayıb, qatar yoluna davam edib. Həmin qatarda daha sonra heç bir problem yaranmayıb, qatar bütün günü xətdə işləyib”.

Bəxtiyar Məmmədov bildirir ki, metropolitendə olacaq halların hər birisinin özünəməxsus təsnifatı var. Ona görə də hadisəyə müvafiq addımlar atılır, bütün təhlükəsilik tədbirləri görülür.

“Qeyd etdiyim nasazlıq halları, eyni zamanda qapılarla bağlı son iki siqnal məsələsində yubanmalar olub. Əlbəttə, axırıncı halda yubanma əsaslı şəkildə olmuşdu, çünki qatarı xətdən çıxarmaq üçün köməkçi qatar verilmişdi. Belə halda hər iki qatardan sərnişinlər düşürülür və iki qatar birlikdə metropoliten xətlərini tərk edirlər”.

Mətbuat sözçüsü bildirir ki, hazırda qatarların keyfiyyətliliyi ilə bağlı heç bir problem yoxdur, bu heç söhbət mövzusu ola da bilməz, müntəzəm xidmət və təmir işləri də aparılır.

Onun təsnifatına görə, təmir və qulluq məsələləri özü bir neçə istiqamətə bölünür və hamısı metropolitendə texniki-normativ sənədlərin tələbinə uyğun həyata keçirilir:
 

“Sahənin rəhbər və mütəxəssis heyəti bu kimi məsələlərin vaxtı-vaxtından keçirilməsindən məsuliyyət daşıyır. Metropolitendə elə bir qatar ola bilməz ki, istismar müddətini başa vurduqdan sonra o xətdə saxlanılsın.


Xətdə saxlanılarsa əgər, qaydalar tələb edir ki, həmin qatar mütləq dairədə texniki, xüsusi komissiyanı tam müayinəsi və baxışından sonra müddəti bəlli olmaqla ömrü uzadılsın. Metropolitendə qatarlar 12-20 saat xətdə olduqdan sonra mütləq qaydada depoya verilməli və onlara texniki baxış və xidmət göstərilməlidir”. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO