Hüquq müdafiəçisi həbsdə qaldı...

Hüquq müdafiəçisi həbsdə qaldı...

Hazırda oxunan: Hüquq müdafiəçisi həbsdə qaldı...

71593
Keçmiş siyasi məhbus, müstəqil jurnalist Fuad Hüseynovun Moderator.az -a göndərdiyi məktubda deyilir:

"Bu gün Şəki Apellyasiya Məhkəməsində hakim İmamverdi Şükürovun sədrliyi ilə hüquq müdafiəçisi Taleh Xasməmmədovun Göyçay Rayon Məhkəməsinin həbs qətimkan tədbirindən verilmiş apellyasiya şıkayəti üzrə məhkəmə prosesi keçirilib. 

Məhkəmə iclasında iştirak edən Taleh Xasməmmədov və vəkili Nəvaid Abbasovun əsaslı çıxışları dinlənilsə də apellyasiya şikayətinin təmin olunmamasına dair qərar çıxarılıb. Baxmayaraq ki, məhkəməyə Taleh Xasməmmədovun ciddi xəstə olması barədə sənədlər təqdim edilib. Məhkəmə iclası qapalı keçirilib. 
Qeyd edim ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov Göyçay rayon icra başçısı Mübariz Ağayevin qanunsuz fəaliyyətini ictimailəşdirib ifşa etdiyi üçün onun sifarişi ilə 24.02.2015-ci il tarixdə şərlənərək həbs edilib. Hüquq müdafiəçisi Taleh Xasməmmədov ciddi xəstəliyə görə çox əziyyət çəkir, onun həbsdə saxlanılması sağlamlığı üçün çox təhlükəlidir. Onun ev dustaqlığına buraxılmasına köməklik göstərilməsi üçün ailə üzvüləri tərəfindən İşçi Qrupuna müraciət olunub."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO