Gömrükdə əməliyyat: Türkiyəyə aparılan 308 kilo psixotrop maddə aşkarlandı

Gömrükdə əməliyyat: Türkiyəyə aparılan 308 kilo psixotrop maddə aşkarlandı

Hazırda oxunan: Gömrükdə əməliyyat: Türkiyəyə aparılan 308 kilo psixotrop maddə aşkarlandı

71572

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 308 kiloqram külli miqdarda psixotrop maddənin qaçaqmalçılığı cəhdinin qarşısını alıb.

Bizim.Media DGK-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “ferrosilikon” yükü aparan 72AA511/72AA512 dövlət nömrə nişanlı “Volvo” markalı nəqliyyat vasitəsi Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında rentgen qurğusundan keçirilməklə yoxlanılıb.

Analiz zamanı su və yanacaq çənlərində şübhəli təsvirlər müəyyən edildiyindən nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub.

Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinə fiziki gömrük baxışı həyata keçirilib. Bu zaman yanacaq və su çənlərində süni olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş gizli saxlanc yerlərindən xalis çəkisi 307 kiloqram 900 qram olan maye halında psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO