Siyavuş Novruzovdan bayraqla bağlı ETİRAZ: “Ticarət müəssisəsində asırlar, guya vətənpərvərdirlər”

Siyavuş Novruzovdan bayraqla bağlı ETİRAZ: “Ticarət müəssisəsində asırlar, guya vətənpərvərdirlər”

Hazırda oxunan: Siyavuş Novruzovdan bayraqla bağlı ETİRAZ: “Ticarət müəssisəsində asırlar, guya vətənpərvərdirlər”

71541

“44 günlük Vətən Müharibəsi dönəmində Azərbaycan, Türkiyə və Pakistanın bayraqlarını hər yerdən asırdılar. Bayraq haqqında qanuna da müəyyən mənada göz yumurduq ki, bu, insanların vətənpərvərlik arzusu və istəyidir. Lakin indi baxırsan ki, istənilən yerdə bayrağı istənilən cür asıblar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında səsləndirib. 

Deputat rayonlarda istənilən binanın üzərində Azərbaycan və Türkiyənin bayraqlarının asıldığını qeyd edib: 

“Hansısa vətəndaş bir ticarət müəssisəsində Milli Qəhrəmanın böyük fotosunu, yaxud da Azərbaycan bayrağını asır. Guya o vətənpərvərdir, lakin əməli bununla üst-üstə düşmür. Düşünürəm ki, bunların qarşısını almaq üçün qəbul etdiyimiz qanunların nəzarət mexanizmini də təkmilləşdirməliyik”.
Bu sahədə cərimələrin də tətbiq olunmasının vacibliyini vurğulayan Siyavuş Novruzovun fikrincə, belə olan halda, vətəndaşların bu cür atributlardan sui-istifadə etməsinin qarşısı alınacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO