Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir

Hazırda oxunan: Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir

71533

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişiklik təklif edilir. 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir: 

- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında; 

- mükafatların və təltiflərin adlarında; 

- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında; 

- kommersiya və reklam məqsədilə; 

- əmtəə nişanlarında və coğrafi göstəricilərdə. 

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyulara birinci oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO