Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyəti LƏĞV EDİLİR? – DETALLAR

Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyəti LƏĞV EDİLİR? – DETALLAR

Hazırda oxunan: Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyəti LƏĞV EDİLİR? – DETALLAR

71519

Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyəti LƏĞV EDİLİR? – DETALLAR
Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyə qədər 113 milyon 816 min 519 manat vəsait yığılıb. Fonda son ianə keçən ilin may ayının 6-da olub. Yəni 1 ildir ki, fonda hər hansı ianə daxil olmur. 

2020-ci ilin 24 martında yaradılan Fonda yığılan vəsait hələ xərclənməyib. Xərclənsə belə Fondun rəsmi saytında bu barədə məlumat verilməyib. 

Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Son bir neçə aydır ki, ölkənin epidemioloji durumunda sabitlik nümayiş olunur.
Virusla mübarizə tədbirləri və lazımi maliyyə dəstəyi demək olar ki, səngiyib. Xarici ölkələrdən vasin gətirilməsi dayanıb. Xəstəxanalarda ağır durumda olan xəstələrin sayı kəskin azalıb. Bir sözlə sözügedən Fondun fəaliyyətinə zərurət qalmayıb. 

Bəs, ictimai qurumun aqibəti necə olacaq? Belə fəaliyyətlərin hüquqi proseduru necə həyata keçirilir?

Bizim.Media-ya bu barədə danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin sözlərinə görə istənilən ictimai qurum və bu tipli fondlar məqsədinə nail olubsa, sonradan onların fəaliyyətinə zərurət qalmır:

“Adından da görünür ki, həmin Fond koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədli yaradılıb. Əgər məqsədinə nail olubsa, fond öz fəaliyyətinə xitam verməlidir. Sadəcə ola bilsin ki, məqsədin bir hissəsi dəyişdirilsin. Tutaq ki, nəzəriyyə olaraq xarici ölkələrdə hansısa mübarizəyə dəstək vermək üçün fəaliyyət göstərə bilər. Amma təbii ki, həmin fond ölkə daxilində fəaliyyət göstərmək üçün yaradılıb”.

Vəkil qeyd edib ki, fond öz fəaliyyətinə xitam verəcəksə və büdcəsində xərcləməmiş pul qalacaqsa, o hansısa ciddi müəssisəyə çevrilə bilər:

“Ya da koronavirusdan əziyyət çəkmiş, vəfat etmiş və ya zərər görmüş şəxsin ailələri arasında yardım məqsədilə bölünə bilər. Yəqin ki, artıq fondun fəaliyyətinə ehtiyac qalmayacaq. Yaradıılmış fond ictimai qurum olduğu üçün fəaliyyətin dayandırılması üçün fərman və qanunun yaradılmasına gərək yoxdur.

Yəni, ictimai qurumun yaradılması və ləğv olunmasında hər hansı hüquqi problem yoxdur. Fondlar adətən müstəqil  və özünün müşahidə şurası olur. Ləğvetmə qərarını da elə özləri verməlidirlər”.
Xatırladaq ki, 2020-ci il martın 19-da ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ölkədə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb.

Fondun fəaliyyətinin şəffaf olması məqsədilə elə həmin il aprelin 11-də İctimai Nəzarət Şurası yaradılıb. Ümumilikdə 8 xərc istiqaməti müəyyən edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO