Bəraət aldıqdan sonra qətlə yetirilən idmançı barəsindəki hökm ləğv edildi 

Bəraət aldıqdan sonra qətlə yetirilən idmançı barəsindəki hökm ləğv edildi 

Hazırda oxunan: Bəraət aldıqdan sonra qətlə yetirilən idmançı barəsindəki hökm ləğv edildi 

71506

Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevlə bağlı hökmdən verilmiş şikayətlə bağlı apellyasiya protestinə baxılıb. 

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində şikayətlə bağlı qərar elan olunub. 

Qərara əsasən, təqsirləndirilən şəxslərlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. 

Məhkəmənin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü ilə bəraət almış Zaur Yusifov Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinib. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. 

Digər təqsirləndirilən Həsən Tağıyev barəsindəki 18 il azadlıqdan məhrum etmə cəzası isə qüvvədə saxlanılıb. 

Xatırladaq ki, qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, İsrafil Haşımov küçəsində baş verib. 1995-ci il təvəllüdlü Həsən Tağıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb. 

Hadisə ilə bağlı ilk olaraq Həsən Tağıyev saxlanılıb. Qətllə bağlı 1984-cü il təvəllüdlü Zaur Yusifov isə mayın 12-də şübhəli şəxs qismində tutulub. 
O, 18 il müddətinə azadlıqdan məhrum edilib. Zaur Yusifovun isə qətldə iştirakı sübut olunmadığı qənaətinə gəlinərək ona bəraət verilib. 

Z.Yusifov azadlığa buraxıldıqdan bir müddət sonra güllələnərək qətlə yetirilib. 

Onu da deyək ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb. O, "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı kimi təqdim edilib. 
Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO