“Hesablama Palatası haqqında qanuna dəyişiklik edilməlidir. İqtidar təmsilçilərinin əldən vermək istəmədiyi, buna görə özəlləşdirmək istəmədikləri, rentabelli olmayan və vergi borclarını ödəməyən iri dövlət müəssisələri ilk növbədə yoxlanılmalı, audit olunmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Deputat fikirlərinin davamında qeyd edib ki, sözügedən məsələnin qanunvericiliyə daxil edilməsi vacibdir:
“Çünki sadə insanlar da bilir ki, bu sahədə əsas problemlər saxta tenderlər və xərclərin şişirdilməsidir. Bu günlərdə ABŞ səfiri də elan edib ki, Qarabağda şəffaf tenderlər keçirilərsə, bərpa işlərinə ölkəsi də qatıla bilər”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:24 / 26.04.2022
Qarabağda şəffaf tenderlər keçirilərsə, bərpa işlərinə ABŞ da qatıla bilər
Hazırda oxunan: Qarabağda şəffaf tenderlər keçirilərsə, bərpa işlərinə ABŞ da qatıla bilər
Hazırda oxunan: Qarabağda şəffaf tenderlər keçirilərsə, bərpa işlərinə ABŞ da qatıla bilər
71487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.