“Azərbaycandakı sosial problemlərin əsas səbəbi işsizlikdir” - Əli Məsimli 

“Azərbaycandakı sosial problemlərin əsas səbəbi işsizlikdir” - Əli Məsimli 

Hazırda oxunan: “Azərbaycandakı sosial problemlərin əsas səbəbi işsizlikdir” - Əli Məsimli 

71472

“Azərbaycandakı sosial problemlərin mütləq əksəriyyəti işsizlikdən qaynaqlanır”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli səsləndirib.  

Millət vəkili fikirlərinin davamında Şəkidə işsizlik faizinin yüksək olduğunu diqqətə çatdırıb:  

“Bu istiqamətdə bir sıra işlər görülür. Lakin bu istiqamətdə davamlı addımların atılması zəruridir. Eyni zamanda xahiş edirəm ki, görülən işlərlə bağlı millət vəkilinə də məlumat verilsin”.
 

MÖVZU İLƏ BAĞLI:

 Milli Məclisdə TƏKLİF: “Faiz dərəcələrini aşağı endirək, cərimələri ləğv edək”


Deputat ölkəmizdə bir ay sonra taxıl yığımının başlayacağını və bundan dolayı ortaya çıxacaq problemlərin həlli istiqamətində bir sıra addımların atılmasının zərurliyini də vurğulayıb:  

1 ay sonra taxıl yığımı başlayır. Dünyada hal-hazırda hər ton taxıl uğrunda mübarizə gedir. Şəki də Azərbaycanın taxıl istehsalında mühüm yer tutur. Bu səbəbdən suvarma sahəsində çatışmazlıqların aradan qaldırılması, yığımda olacaq texnika probleminin həlli istiqamətində indidən addımların atılmasının vacibdir”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO