Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları - Zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktorları - Heill Marshall, Ben Johnson və Zəlzələlər və aktiv tektonika üzrə doktorant İan Pierce Azərbaycanda səfərdədirlər.
Respublikas Seysmoloji Xidmət Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, səfərin məqsədi Azərbaycan Milli Elmlər Akademiyası ilə Oksford Universiteti arasında elmi əlaqələrin yaradılması istiqamətində imzalanmış Anlaşma Memorandumuna əsasən Azərbaycan ərazisinin seysmikliyi və tektonik aktivliyinin öyrənilməsi sahəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinın əməkdaşları ilə birgə tədqiqatlar aparmaqdır.
Qeyd edək ki, birgə paleoseysmoloji tədqiqatların Göyçay, İsmayıllı, Ağsu rayonları, Şirvan şəhəri və Salyan rayonunun ərazisində aparılması nəzərdə tutulub. Artıq birgə işlərə başlanılıb.
Çöl şəraitində birgə aparılan işlər may ayının 21-ə qədər davam edəcək. Aparılan tədqiqatların məqsədi Azərbaycan ərazisində infrastruktur və əhali üçün ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaların müəyyən edilməsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:24 / 26.04.2022
Ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmalar müəyyənləşdiriləcək
Hazırda oxunan: Ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmalar müəyyənləşdiriləcək
Hazırda oxunan: Ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmalar müəyyənləşdiriləcək
71469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.