Şəmkirdə ağır yol qəzası - PİYADA ÖLDÜ

Şəmkirdə ağır yol qəzası - PİYADA ÖLDÜ

Hazırda oxunan: Şəmkirdə ağır yol qəzası - PİYADA ÖLDÜ

71372

Şəmkirdə ölüm ilə nəticələn yol qəzası baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə  yerində ölüb. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO