Ata, yoxsa ana tərəfinizə oxşayırsınız? – Bürclərə görə SİYAHI

Ata, yoxsa ana tərəfinizə oxşayırsınız? – Bürclərə görə SİYAHI

Hazırda oxunan: Ata, yoxsa ana tərəfinizə oxşayırsınız? – Bürclərə görə SİYAHI

71366

Bürclərin insanların xarakteristik xüsusiyyətlərinə ciddi təsir etdiyi heç kimə sirr deyil. Bundan əlavə bürclərə görə sizin ata, yoxsa ana tərəfinizin xüsusiyyətlərini daşıdığınızı da müəyyənləşdirmək mümkündür.

Bizim.Media kimlərin ana, kimlərin ata tərəfinə daha çox bənzədiyini bürclərə görə sıralayıb.

Ata tərəfinə çəkənlər

1. Şir

Qadın və ya kişi olmasından asılı olmayaraq şirlər ata tərəfinə daha çox bənzəyirlər. Xüsusilə də, xasiyyətləri və davranışları baxımından bu yaxınlıq ciddi təəccüb doğurub. Şirlər öz avtoritarlıqlarını da atalarından alırlar. 

2. Oğlaq

Oğlaq bürcünün qadınları atalarına olan bağlılıqları ilə diqqət çəkirlər. Kiçik yaşlarından etibarən başlayan bu bağlılıq onların ataları ilə daha çox vaxt keçirməsi ilə nəticələnir. Bu cəhətdən oğlaqlar ata tərəfinin özəlliklərini daha çox götürürlər. Görünüş baxımından da bu özünü göstərir. Oğlaq kişilərində də eyni bənzərlik özünü göstərir.

3. Balıqlar

Balıqlar da atalarına daha çox bənzəyirlər. Bu bürcün qadınları görünüş cəhətdən ata tərəfinə bənzəməsələr də, xasiyyətləri üçün eyni sözü deyə bilmərik. Balıq kişilərinin isə həm görünüşü, həm də xarakteri ata tərəfi ilə ciddi oxşarlıq təşkil edir.

Ana tərəfinə çəkənlər

1. Dolça

Dolça bürcünün, həm qadınları, həm də kişiləri ana tərəfinə bənzəmələri ilə fərqlənirlər. İstər davranış, istərsə də xarakter cəhətdən. Lakin bunun mənfi tərəfləri də var. Çünki əgər dolça ana tərəfinin xüsusiyyətlərini bəyənmirsə, bu onların özlərinə qarşı nifrətlərinin yaranmasına səbəb ola bilər.

2. Xərçəng

Xərçənglərin də ana tərəfinə bənzərlikləri çoxdur. Bu xarici görünüşlərində ciddi şəkildə özünü büruzə verir. Hər nə qədər ana tərəflərinə bənzəmək istəməsələr belə, genlərindən irəli gəldiyi üçün, xərçənglər bununla mübarizə apara bilməyəcəklər.

3. Tərəzi

Tərəzilər kişiləri dayılarına bənzəyirlər. Qadınlarında bənzərlik nisbətən az olsa da, kişilərdə ana genlərindən gələn xüsusiyyətlər özünü tam şəkildə büruzə verəcək. Buna görə də tərəzi bürcü kişilərini tanımaq üçün onların ana tərəflərinə baxmaq yetərlidir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO