Son 14 ildə Azərbaycan vətəndaşlığına qəbul olunan şəxslərin sayı açıqlandı

Son 14 ildə Azərbaycan vətəndaşlığına qəbul olunan şəxslərin sayı açıqlandı

Hazırda oxunan: Son 14 ildə Azərbaycan vətəndaşlığına qəbul olunan şəxslərin sayı açıqlandı

71355

Ölkə ərazisində vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə yaradılmış və fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən “Vətəndaşsızlıq məsələləri ilə əlaqədar İşçi Qrup”un növbəti iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

İşçi Qrupun iclasında Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı Nümayəndəliklərinin əməkdaşları, həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılmış İşçi Qrupun fəaliyyət istiqamətləri, məqsədləri və ölkə ərazisində vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumat verib.
Bildirib ki, Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub.

Ümumilikdə Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-ci ildən 2022-ci ilin 1 aprel tarixinədək 2076 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.

Həmçinin 5953 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO