İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə heyətinin sədri Zaur Əliyev bu gün Qubada vətəndaşları qəbul edib.
Bizim.Media xəbər verir ki, qəbuldan əvvəl Zaur Əliyev Quba RİH başçısı Ziyəddin Əliyevlə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə tər güllər qoyublar.
Zaur Əliyevin qəbulunda Bizim.Media-nın müxbiri Aytəkin Alxaslı da iştirak edib. Bölgənin rayon xəstəxanalarında yeni yaradılan ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin qənaətbəxş olmadığı, həmin əməkdaşların mətbuatla işləmək bacarıqlarının aşağı səviyyədə olduğu diqqətə çatdırılıb.
Məlumat verilib ki, TƏBİB yerlərdəki ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini gücləndirməlidir.
Həmçinin xəstəxanalarda baş verən neqativ halları və müsbət hadisələri ictimaiyyətlə əlaqələr şöbəsi operativ olaraq mətbuat nümayəndələrinə çatdırmalıdır.
Aytəkin Alxaslı fevralın 17-də TƏBİB-in mətbuat xidmətinə bölgə xəstəxanalarındakı həkim çatışmazlığı ilə bağlı göndərdiyi sorğuya hələ də cavab verilmədiyini Zaur Əliyevin diqqətinə çatdırıb.
İTSDA sədri səslənən fikir və təklifə hörmətlə yanaşaraq bildirib ki, ictimaiyyətlə əlaqələr şöbələri yeni yaradılıb, hər hansı problem ola bilər, gələcəkdə bütün təkliflər nəzərə alınacaq.
TƏBİB sədri Vüqar Qurbanov qaldırılan məsələ ilə bağlı TƏBİB-in mətbuat rəsmisi Zamirə Adilovaya göstəriş veriləcəyini deyib.
Zaur Əliyevin vətəndaş qəbulunda Quba və Qusardan olan vətəndaşları narahat edən məsələlər dinlənilib, həlli məqsədilə tapşırıqlar verilib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:48 / 25.04.2022
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə iradlar bildirildi – Qubada qəbul
Hazırda oxunan: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə iradlar bildirildi – Qubada qəbul
Hazırda oxunan: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə iradlar bildirildi – Qubada qəbul
71349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.