Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda yeni marşrut xətti açılır

Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda yeni marşrut xətti açılır

Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda yeni marşrut xətti açılır

71318

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib.

BNA-dan Bizim.Media-ya verilən məlumata görə, aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət edəcəklər.

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar “Faiqoğlu” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn təşkil edir və ödəniş nağdsız formada - “BakıKart”la olacaq.
Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO