Bakının məşhur restoranında vaxtı bitmiş məhsullar aşkarlandı

Bakının məşhur restoranında vaxtı bitmiş məhsullar aşkarlandı

Hazırda oxunan: Bakının məşhur restoranında vaxtı bitmiş məhsullar aşkarlandı

71312

Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., Füzuli küçəsinin kəsişməsi, məhəllə 720 ünvanında fəaliyyət göstərən, “Anar Food” MMC-yə məxsus “Burger King” restoranında keçirilmiş plandankənar yoxlama zamanı məhsulun qəbulu, saxlanması, emala hazırlanması və emalı prosesləri araşdırılıb.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı emal prosesində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib, eyni zamanda restoranın dondurucu kamerasında hər birində 24 ədəd olmaqla, 31 ədəd karton qablaşdırmada, burgerlərin hazırlanması üçün nəzərdə tutulmuş, ümumi sayı 744 ədəd yararlıq müddəti bitmiş çörək aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, istifadə müddəti bitmiş məhsulların istehlakının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO